Biləsuvarda xəstəxanada körpə ölümü baş verib

11:47 21 Fevral 2015
71 Digər
Ölkə mətbuatı
A- A+

[ 21 Fevral 2015 11:42 ]

Biləsuvar. Ağəddin Babayev - APA. Biləsuvar rayonunda uşaq ölümü faktı qeydə alınıb.

APA-nın cənub bürosunun məlumatına görə, hadisə ötən gecə baş verib. Rayonun Ovçubərə kənd sakini, 8 uşaq anası olan 40 yaşlı Səmayə Nuruyeva doğuş sancıları ilə Biləsuvar Mərkəzi Rayon Xəstəxanasının Doğum Şöbəsində qəbul edilib.

 

Doğum Şöbəsindən verilən məlumata görə, doğuşdan əvvəl həkimlərin apardıqları müayinə zamanı məlum olub ki, ananın bətnindəki döl ölüdür. Təbii üsulla aparılan doğuş prosesi zamanı uşaq ölü dünyaya gəlsə də, ananın səhhətində hər hansı problem yaranmayıb.

 

Səmayə Nuruyevanın həyat yoldaşı isə uşağın həkimlərin səhlənkarlığı ucbatından ölü doğulduğunu iddia edir. Qadın özü isə bətnindəki 9 aylıq uşağın ölü olduğunu hiss etmədiyini, bunun onun səhhətində hər hansı problem yaratmadığını bildirib.

 

Həkimlər isə uşağın xəstəxanada deyil, ana bətnində bir neçə gün əvvəl öldüyünü deyiblər. Onlar bunu döldə müxtəlif patologiyaların olması ilə izah ediblər.

 

Hazırda ananın vəziyyəti qənaətbəxşdir.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/373608

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR