Qərb Universitetində cəsur hərbçi ilə görüş

11:53 21 Fevral 2015
76 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 21 fevral, Elvira Məmmədova, AzərTAc
Fevralın 21-də Qərb Universitetində Xocalı faciəsinin 23-cü ildönümü ilə əlaqədar Azərbaycan hərbçisi, Qarabağ müharibəsinin iştirakçısı, “Azərbaycan Bayrağı” ordenli İbad Hüseynovla görüş keçirilib.
AzərTAc xəbər verir ki, görüşdə universitetin rektoru, dosent Zemfira Məmmədova həyatını Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizəyə sərf etmiş İ.Hüseynovun Qarabağ savaşında əsl kəşfiyyatçı kimi dəfələrlə ermənilərə ağır zərbələr endirməsindən söz açıb.
Cəsur kəşfiyyatçı İbad Hüseynov tələbələrə keçdiyi şərəfli döyüş yolundan, torpaqlarımızın bütövlüyü uğrunda hərbi əməliyyatlarda göstərdiyi şücaətlərdən danışıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Qerb_Universitetinde_cesur_herbchi_ile_gorus-833897

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR