Qanunsuz ov edən şəxslər saxlanılıb

11:57 21 Fevral 2015
55 Digər
Ölkə mətbuatı
A- A+

[ 21 Fevral 2015 11:53 ]


Bakı. Fərid Mirzəyev – APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşları tərəfindən qanunsuz ov hallarının qarşısının alınması məqsədilə 10-20 fevral tarixlərində növbəti reydlər keçirilib.

 

ETSN-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Ağsu rayonu Sanqalan adlanan ərazidə keçirilmiş reyd zamanı ov edən 3 naməlum şəxs saxlanılıb. Faktla bağlı qanuna müvafiq qaydada akt tərtib edilərək həmin şəxslərdən 3 ov tüfəngi, 6 patron götürülüb. Sənədlərini təqdim etməyən qanun pozucularının şəxsiyyətinin müəyyən edilməsi və barələrində qanunvericiliyə uyğun tədbir görülməsi üçün Ağsu Rayon Polis Şöbəsinə müraciət edilib.

 

Qaradağ rayonunun 29-cu kilometrliyində ov edən Abşeron rayon Güzdək kənd sakini Mehdi Mehdiyev, Xırdalan şəhər sakini Kamil Aslanov və Bakı şəhər Nərimanov rayon sakini Vərqa Həsənov saxlanılaraq onlardan 3 ov tüfəngi, 8 patron götürülüb. Qanun pozucuları barəsində akt və protokol tərtib edilərək hər biri 1000 manat məbləğində cərimə olunub.

 

Qusar rayonunun Qullar-İmamqulu kəndi ərazisində keçirilmiş reyd zamanı ovla məşğul olan naməlum şəxs saxlanılaraq ondan 1 ov tüfəngi, 2 patron götürülüb. Təqsirkarın şəxsiyyətinin müəyyən edilməsi və barəsində müvafiq tədbir görülməsi üçün aidiyyəti rayon polis şöbəsinə müraciət olunub.

 

Sarısu Ovçuluq Təsərrüfatının ərazisində keçirilmiş reyd zamanı 4 nəfər naməlum şəxs saxlanılıb. Faktla bağlı qanunvericiliyin tələblərinə uyğun akt tərtib edilərək onlardan 5 ov tüfəngi, 130 patron və 14 ovlanmış çöl ördəyi müsadirə olunub. Sənədlərini təqdim etməyən qanun pozucularının şəxsiyyətinin müəyyənləşdirilməsi üçün qanuna müvafiq tədbirlər görülür.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/373610

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR