Siyəzəndə iki nəfərin xəsarət alması ilə nəticələnən zəncirvari yol qəzası baş verib

Siyəzəndə iki nəfərin xəsarət alması ilə nəticələnən zəncirvari yol qəzası baş verib
11:58 21 Fevral 2015
464 Ölkə
Ölkə mətbuatı
A- A+


Siyəzən, 21 fevral, AzərTAc, Elxan Yusifli
Fevralın 21-i gecə saatlarında Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunun Siyəzən rayonu ərazisindən keçən hissəsində iki nəfərin xəsarət alması ilə nəticələnən zəncirvari qəza qeydə alınıb.
AzərTAc xəbər verir ki, Quba istiqamətində hərəkətdə olan “QAZ-24” markalı avtomobilin sürücüsü idarəetməni itirərək dəmir maneəyə çırpılıb. Daha sonra həmin istiqamətdə Bakı şəhər sakini İbadulla İdrisovun idarə etdiyi “Niva” və Qusar sakini İsmayıl Əliyevin idarə etdiyi “Mercedes” markalı nəqliyyat vasitələri də “QAZ-24”-lə toqquşub.
Hadisə nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan “Niva”nın sürücüsü İbadulla İdrisov və “Mercedes”in sərnişini Yevlax rayon sakini Fuad Əfəndiyev təcili Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzinə çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.




Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Siyezende_iki_neferin_xesaret_almasi_ile_neticelenen_zencirvari_yol_qezasi_bas_verib-833898

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR