Separatçılara sanksiya

Separatçılara sanksiya
12:01 21 Fevral 2015
119 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov bu həftə Almaniya Xarici İşlər Nazirliyində növbəti siyasi məsləhətləşmələr aparıb.

ANS PRESS-in məlumatına görə, o, AFR xarici işlər nazirinin müavini, dövlət katibi Markus Ederer ilə görüşdə Dağlıq Qarabağ münaqişəsinin həllinə dair də fikir mübadiləsi aparılıb.

Azərbaycanın Berlindəki səfirliyindən bildirilib ki, X.Xələfov münaqişənin həllində ikili standartlara son qoyulması və Avropa İttifaqının, o cümlədən Almaniyanın Dağlıq Qarabağ separatçılarına sanksiyalar tətbiq etməsinin vacibliyini vurğulayıb.

M.Ederer Azərbaycanı Almaniyanın regionda siyasi, iqtisadi, mədəniyyət, siyasi-təhlükəsizlik sahələrində mühüm tərəfdaşı adlandırıb.

X.Xələfov Almaniya Xarici İşlər Nazirliyinin Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi tapşırıqlar üzrə səfiri Kord Mayer-Klodla, habelə Almaniya Bundestaqında Almaniya-Cənubi Qafqaz parlament qrupunun sədri Karin Ştrents və Federal Kanslerin xarici və təhlükəsizlik siyasəti üzrə müşavirinin müavini Mixael Flüqqerlə görüşüb.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=327375

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR