Besinci “Mugam televiziya musabiqesi” yeniden senetseverleri oz sehrine salib

Besinci “Mugam televiziya musabiqesi” yeniden senetseverleri oz sehrine salib
12:03 21 Fevral 2015
Ölkə mətbuatı
A- A+


Baki, 21 fevral, AzerTAc
Beynelxalq Mugam Merkezinde Heyder Eliyev Fondunun desteyi, Azerbaycan Medeniyyet Fondunun layihesi esasinda, Azerbaycan Televiziyasinin teskilatciligi, Medeniyyet ve Turizm Nazirliyinin istiraki ile reallasan besinci “Mugam televiziya musabiqesi” oz rengarengliyi ile davam edir.
AzerTAc xeber verir ki, novbeti mugam axsaminda da senetseverler genc xanendelerin maraqli ifalarini dinlemek imkani elde edibler. Bele ki, genc ifacilar pesekar munsifler heyetinin ve milyonlarla tamasacinin qarsisina cixaraq mugam ve tesniflerimizi ozmexsus sekilde ifa edibler.
Onlari xalq artistleri Elibaba Memmedov, Arif Babayev, Sekine Ismayilova, Mensum Ibrahimov, Ramiz Quliyev, emekdar incesenet xadimleri Serdar Ferecov ve Nadir Axundov daxil oldugu munsifler heyeti qiymetlendirib.
Heyecan ve reqabetin artdigi yarismada genc ifacilar pesekar munsifler heyetinin irad ve tovsiyyelerine her zaman oldugu kimi, bu defe de diqqetle yanasiblar. Her bir ifaci munsifler heyeti terefinden layiqli qiymetini alib.
Qeyd edek ki, bu gencler muxtelif rayon ve seherlerde aparilan dinlemelerde secilen istedad sahibleridir.
“Mugam televiziya musabiqesi” artiq neinki olkemizde, o cumleden xaricde de boyuk maraqla izlenilir. Gunden-gune tamasaci auditoriyasi genislenen musabiqe heftenin bazar ertesi ve cume gunleri mugamseverlerin gorusune gelir.
Yarismanin sertlerine gore munsifler heyeti terefinden verilen ballar toplanilir ve en az ses toplamis istirakci musabiqeni terk edir. Musabiqe yeni basladigindan yarismaya qatilan ve en az bal toplayan ifacilar novbeti heftede yeniden cixis etmek imkani qazaniblar. Munsifler onlara ozlerini sinamaq ve tesdiqlemek ucun sans verib.
Tamasaci alqisi ve heyecan dolu anlarla musayiet olunan besinci “Mugam televiziya musabiqesi” konsertleri AzTV ve “Medeniyyet” kanali vasitesile canli yayimlanir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Besinci_Mugam_televiziya_musabiqesi_yeniden_senetseverleri_oz_sehrine_salib-833900

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR