Qubadlı rayonundan olan 9788 məcburi köçkün tibbi müayinədən keçib

Qubadlı rayonundan olan 9788 məcburi köçkün tibbi müayinədən keçib
12:13 21 Fevral 2015
124 Ölkə
Ölkə mətbuatı
A- A+


Sumqayıt, 21 fevral, Ətrabə Rzayeva, AzərTAc
Prezident İlham Əliyevin müvafiq tapşırığına əsasən ölkəmizin bütün əhalisi kimi, Qubadlıdan olan məcburi köçkünlər də tibbi müayinədən keçirilir.
AzərTAc xəbər verir ki, bu məqsədlə yaradılan komissiyanın hazırladığı tədbirlər planına uyğun olaraq, fevralın 20-dək 9788 məcburi köçkün tibbi müayinəyə cəlb edilib. Onlardan 6474 nəfəri Sumqayıt şəhərində yerləşən Qubadlı rayon mərkəzi xəstəxanasının poliklinikasında, 2466 nəfəri Bakı şəhərinin, 848 nəfəri isə respublikanın digər şəhər və rayonlarının müvafiq tibb müəssisələrində müayinə olunub.
Tibbi müayinədən keçən məcburi köçkünlər Şahbaz Muradov, Ədalət Əsədov və başqaları bu humanitar aksiyanın təşkilinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.



Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Qubadli_rayonundan_olan_9788_mecburi_kochkun_tibbi_muayineden_kechib-833901

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR