ABŞ-ın Arizona ştatında yaşayan fotoqraf Cey Bel (Jade Beall) gerçək qadınların görüntülərinin əks olunduğu yeni layihə hazırlayıb.
Milli.Az New York Daily News-a istinadən bildirir ki, "A Beautiful Body Project" ("Gözəl vücud layihəsi") adlı kitabda yer almış fotolardan ibarət seriyanın hazırlanması üçün Bel 500-dən artıq amerikalı xanımın gündəlik, adi vəziyyətlərdəki şəkillərini çəkib.
Daha sonra o, fotoları bir araya gətirərək kitab çap etdirmək üçün yaratdığı hesaba yatırılan ianələr formasında 35 min dollar toplayıb.
"Biz qadınıq. Dərimizdə qırışlar, çapıqlar, çatlar olsa da, illər ərzində qocalsaq da, hər birimizin öz gözəlliyi var", - 3 yaşlı oğul anası, 35 yaşlı Cey Bel deyib.
Milli.Az