Azərbaycan valyuta bazarının həftəlik icmalı

Azərbaycan valyuta bazarının həftəlik icmalı
12:18 21 Fevral 2015
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 21 fevral /Trend, müxbir Azad Həsənli/

Ötən həftənin yekunlarına əsasən, Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən müəyyən olunmuş manatın ABŞ dollarına nisbətdə rəsmi məzənnəsi 0,0014 faiz bənd (0,18 faiz) azalıb.

Trend-in məlumatına görə, ötən həftə orta məzənnə bir ABŞ dollarına nisbətdə 0,7855 manat səviyyəsində müəyyən olunub.

ABŞ dollarına nisbətdə manatın rəsmi məzənnəsi

9 fevral

0,7844

16 fevral

0,7848

10 fevral

0,7844

17 fevral

0,7853

11 fevral

0,7844

18 fevral

0,7855

12 fevral

0,7845

19 fevral

0,7857

13 fevral

0,7844

20 fevral

0,7862

Həftə ərzində orta

0,7844

Həftə ərzində orta

0,7855

Həftə ərzində Azərbaycan Mərkəzi Bankının müəyyən etdiyi manatın avroya nisbətdə rəsmi məzənnəsi 0,0028 faiz bənd (0,84 faiz) möhkəmlənib. Bununla da orta məzənnə bir avroya nisbətdə 0,89486 manat səviyyəsində müəyyən olunub.

Avroya nisbətdə manatın rəsmi məzənnəsi

9 fevral

0,8890

16 fevral

0,8962

10 fevral

0,8888

17 fevral

0,8920

11 fevral

0,8876

18 fevral

0,8959

12 fevral

0,8872

19 fevral

0,8968

13 fevral

0,8965

20 fevral

0,8934

Həftə ərzində orta

0,7829

Həftə ərzində orta

0,89486

Ötən həftə 1 unsiya qızılın dəyəri 16,2311 manat (1,7 faiz) azalıb. Müvafiq olaraq, qızılın orta qiyməti 956,19908 manat təşkil edib.

1 unsiya qızılın qiymətinin dəyişməsi

9 fevral

973,4404

16 fevral

967,14

10 fevral

974,74

17 fevral

965,33

11 fevral

970,65

18 fevral

950,0623

12 fevral

957,56

19 fevral

947,5542

13 fevral

963,27

20 fevral

950,9089

Həftə ərzində orta

967,93208

Həftə ərzində orta

956,19908

İlin əvvəlindən Bakı Banklararası Valyuta Birjasında alış-veriş aparılmır, buna görə də manatın birja məzənnəsi artıq formalaşmır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/economy/2366727.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR