Gəncəyə bu ilin ilk qarı yağıb

12:22 21 Fevral 2015
40 Digər
Ölkə mətbuatı
A- A+

[ 21 Fevral 2015 12:18 ]


Gəncə. Azər Məmmədov – APA. Ötən gecədən başlayaraq Gəncə şəhərinə ilk qar yağmağa başlayıb. APA-nın qərb bürosunun verdiyi məlumata görə, şəhərə təxminən 6-7 sm qalınlığında qar yağsa da hələ ki, nəqliyyat və kommunal sahədə heç bir çətinlik yaranmayıb. Gəncə şəhər Mənzil Kommunal İstehsalat Birliyinin baş mühəndisi İsmayıl Daşdəmirov APA-nın qərb bürosuna bildirib ki, hazırda şəhərdə qarın yaratdığı çətinlikləri aradan qaldırmaq üçün bütün tədbirlər görülüb.

 

Şəhərdə 25-ə yaxın kommunal sahədə istifadə edilən texnika və 320 nəfər canlı qüvvə hazır vəziyyətə gətirilib. Bundan başqa, Mənzil İstismar sahələri də yeni qar təmizləyən kürəklər və geyimlərlə təchiz ediliblər. Şəhərdə elektrik, qaz və su təchizatında heç bir problem yaşanmayıb.

 

Hazırda qar yağmaqda davam edir.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/373614

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR