Böyük dramaturqun yeganə yadigarının yubileyi qeyd olunub

Böyük dramaturqun yeganə yadigarının yubileyi qeyd olunub
12:28 21 Fevral 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 21 fevral, AzərTAc
Azərbaycanın görkəmli dramaturqu, yazıçı, şair, kinorejissor Cəfər Cabbarlının ev-muzeyində, dahi dramaturqun yeganə yadigarı Gülarə Cabbarlının 85 illik yubileyi münasibətilə tədbir keçirilib.
AzərTAc xəbər verir ki, tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Fikrət Babayev Gülarə Cabbarlıya xoş arzularını bildirib və nazirliyin mükafatını təqdim edib.
Tədbirdə xalq artistləri Azərpaşa Nemətov, Rafiq Əzimov, Məleykə Əsədova, Mərahim Fərzəlibəyov və başqaları yubilyarı təbrik edərək, Cəfər Cabbarlının Azərbaycan ədəbiyyatına bəxş etdiyi bənzərsiz sənət incilərindən söz açıblar.
Tədbirdə poeziya nümunələri və musiqi parçaları səsləndirilib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Boyuk_dramaturqun_yegane_yadigarinin_yubileyi_qeyd_olunub-833904

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR