Yeni Pentaqon rəhbəri Əfqanıstana səfər etdi

Yeni Pentaqon rəhbəri Əfqanıstana səfər etdi
12:31 21 Fevral 2015
62 Dünya
Ölkə mətbuatı
A- A+

Amerika Birləşmiş Ştatlarının yeni müdafiə naziri Eşton Karter Əfqanıstana səfər edib. Bu, Karterin Pentaqon rəhbəri postunda xarici ölkəyə səfəridir. Kabilə səfəri çərçivəsində Eşton Karter amerikalı hərbçilərlə görüşmək, eləcə də Əfqanıstan rəhbərliyi ilə danışıqlar aparmaq niyyətindədir.

Danışıqlar zamanı xarici hərbi kontingentin ölkədən çıxarılmasının Əfqanıstanın təhlükəsizlik üçün nə dərəcədə riskli ola biləcəyi müzakirə ediləcək. Pentaqon rəhbəri elə Əfqanıstana səfər etdiyi təyyarədə jurnalistlərə açıqlamasında bildirib ki, Əfqanıstan prezidenti Əşrəf Qəni ilə amerikalı qüvvələrin ölkədən çıxarılmasını müzakirə edəjək. Ə

Əfqanıstan və ABŞ arasında razılaşmaya əsasən, 2014-jü ildə NATO qüvvələrinin Əfqanıstandan çıxarılmasından sonra 10 min amerikalı hərbçi ölkədə qalıb. Onlar əfqan təhlükəsizlik qüvvələrinə təlim keçirlər.
Mənbə
Associated Press



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=327384

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR