Azərbaycanlı tələbələr Hollandiya və İtaliyada təhsil alacaqlar

12:43 21 Fevral 2015
51 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 21 fevral, AzərTAc
Azərbaycan Universitetinin beynəlxalq əlaqələr şöbəsi tərəfindən Hollandiyanın Leiden və İtaliyanın Genoa universitetlərində mübadilə proqramı çərçivəsində bir ay müddətində təhsil alacaq tələbələrin seçimi üçün keçirilən müsabiqənin nəticələri elan edilib.
Universitetdən AzərTAc-a bildiriblər ki, bu ali təhsil məktəblərinə göndəriləcək dörd tələbənin adı açıqlanıb.
İki mərhələdə keçirilən müsabiqənin birinci mərhələsində universitetin müəllimlərindən ibarət münsiflər heyəti tələbələrin transkriplərini dəyərləndirib. İkinci mərhələdə isə onların ingilis dilindən bilik səviyyələri yoxlanılıb. Müsabiqədə iştirak etmək üçün 18 tələbə qeydiyyatdan keçib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycanli_telebeler_Hollandiya_ve_Italiyada_tehsil_alacaqlar-833909

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR