Mərkəzi Bankın qərarına ekspert RƏYİ

Mərkəzi Bankın qərarına ekspert RƏYİ
12:52 21 Fevral 2015
Ölkə mətbuatı
A- A+

İqtisadçı ekspert Azər Mehdiyev Mərkəzi Bankın 1 ABŞ dollarının rəsmi məzənnəsi 1.05 AZN səviyyəsində müəyyən edilməsi ilə bağlı qərarına reaksiya verib.

O, qafqazinfo-ya açıqlamasında bildirib ki , Mərkəzi Bankın son günlər bəyan etdiyi məlumatlar fonunda son açıqlama gözlənilməz oldu:

“Ona görə Mərkəzi Bank, hökumət qurumlarının statistikasına əsaslanaraq ekspertlər əhalini manatın dollara çevrilməsi ajiotajından çəkindirməyə çalışırdı: “Qeyd olunurdu ki, əslində elə bil təhlükəli hədd yoxdur və mövcud valyuta ehtiyatları manatın məzənnəsinin yumşaq şəkildə devalvasiyasına imkan yaradır. Son günlər banklarda manata qarşı təzyiq var idi. Əhali əlində olan manat ehtiyatından imtina edib hamısını dollara dəyişdirirdi. Təbii ki, bu təzyiq son dərəcə böyük valyuta ehtiyatlarının xərclənməsi ilə nəticələnirdi. Ancaq bütün hallarda Mərkəzi Bankın mövcud ehtiyatları manatın məzənnəsinin belə kəskin şəkildə devalvasiyaya getməsinin qarşısını almağa imkan yaradırdı. İndiki halda Mərkəzi Bankın belə bir addım atması və heç bir izahat verməməsi anlaşılan deyil”.

Ekspertin sözlərinə görə, əhali arasında manata olan inam daha da azalacaq: “Bundan sonra əhali, sadəcə, manatı əlində saxlamağa maraqlı olmayacaq. Bu da infilyasiya proseslərini gücləndirən amil hesab olunur. Qeyd edim ki, manat dövriyyəyə buraxıldığı 2006-ci ildən bəri belə bir hal müşahidə olunmayıb. Ölkəyə daxil olan neft pulları hesabına manatın məzənnəsi, sadəcə, möhkəmləməkdə davam edib. Ekspertlər hər zaman vurğulayırdılar ki, ölkə iqtisadiyyatının nefdən asılı olduğu bir vəziyyətdə manatın məzənnəsinin kəskin möhkəmlənməsinin qarşısı vaxtında alınmalı idi. Bununla da əhalinin ölkədə həyata keçirdiyi iqtisadi siyasətə inam xeyli dərəcədə azalacaq”.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/325905.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR