Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin kollektivinə “Etik davranış, qarşıya çıxan problemlər və onların həlli yolları” mövzusunda təlim keçirilib - FOTOSESSİYA

Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin kollektivinə “Etik davranış, qarşıya çıxan problemlər və onların həlli yolları” mövzusunda təlim keçirilib - FOTOSESSİYA
12:57 21 Fevral 2015
Ölkə mətbuatı
A- A+

[ 21 Fevral 2015 12:51 ]


Bakı. Musa Əhmədov – APA-Economics. Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin kollektivinə “Etik davranış, qarşıya çıxan problemlər və onların həlli yolları” mövzusunda təlim keçirilib.

 

Vergilər Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, son dövrlərdə vergi orqanı əməkdaşlarının etik davranış qaydalarını pozması ilə əlaqədar vətəndaşlardan daxil olan şikayətlərin sayındakı artım qeyd olunan sahədə profilaktik işlərin aparılmasına və vergi orqanlarının əməkdaşlarına təlimlərin keçirilməsinə zərurət yaradıb.

 

Təlimi nazirliyin İnsan resursları idarəsinin əməkdaşları keçib.

 

Qeyd edək ki, Vergilər nazirinin 2008-ci ilin fevralın 7-də verdiyi əmr ilə “Vergi işçisinin etik davranış Kodeksi” təsdiq olunub. Kodeksin 13.1-ci bəndinə əsasən İnsan resursları idarəsinin rəisi Vergilər Nazirliyinin etik davranış məsələləri üzrə səlahiyyətli şəxsi sayılır və bununla əlaqədar vergi orqanı əməkdaşlarının etik davranış qaydalarını pozması ilə əlaqədar vətəndaşlardan daxil olan şikayətlərin araşdırılması İnsan resursları idarəsinin əməkdaşları tərəfindən həyata keçirilir. 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/373616

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR