Sabah Bakıda və rayonlarda qar yağacaq, yollar buz bağlayacaq

13:02 21 Fevral 2015
52 Digər
Ölkə mətbuatı
A- A+

[ 21 Fevral 2015 12:58 ]

Fevralın 23-dən hava şəraiti mülayimləşməyə başlayacaq

Bakı. Fərid Mirzəyev - APA. Fevralın 22-də Bakı və Abşeron yarımadasında hava şəraitinin fasilələrlə yağıntılı olacağı, qar yağacağı, axşama doğru tədricən kəsiləcəyi gözlənilir.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev APA-ya açıqlamasında deyib ki, güclü şimal-qərb küləyi axşam mülayimləşəcək. Havanın temperaturu gecə 0-2 dərəcə şaxta, gündüz 1-4 dərəcə isti olacaq.

 

Sabah Azərbaycanın rayonlarında da hava şəraitinin fasilələrlə yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var.

 

Gündüz qərb rayonlarından başlayaraq yağıntı tədricən kəsiləcək. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyinin gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcəyi gözlənilir.

 

Havanın temperaturu Aran rayonlarında gecə 0-5 dərəcə şaxta, gündüz 0-5 isti, dağlarda isə gecə 7-12 dərəcə şaxta, gündüz 2-6 dərəcə şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq.

 

Fevralın 23-dən başlayaraq hava şəraitinin mülayimləşəcəyi gözlənilir.  


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/373618

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR