Hindistanın tualet dərdi

Hindistanın tualet dərdi
16:26 2 Yanvar 2015
103 Dünya
Ölkə mətbuatı
A- A+

Hindistan minlərlə yeni tikilmiş tualetlərin istifadə olunub-olunmamasını yoxlayır.

ANS PRESS-in BBC-yə istinadən verdiyi məlumata görə, Baş nazir Narendra Modinin oktyabrda başladığı layihəsi çərçivəsində yarım milyon tualet tikilib. Lakin bir çox adam hələ də ayaqyoluna bayırda getməyi seçir.

hökumətin bəyanatında deyilir ki, sanitariya müfəttişləri qapı-qapı gəzib evlərdə tualetlərin istifadəsini yoxlayacaqlar, nəticələri telefonlarda və tabletlərdə qeyd edəcəklər.

Oktyabrın 2-də Təmiz Hindistan Kampaniyasına start verən cənab Modi vəd etmişdi ki, 100 gün ərzində yarım milyon tualet tikiləcək. Hökumətin açıqlamasında bildirilir ki, bundan sonra 503 142 evdə tualet tikilib.

Lakin keçmişdə aparılan araşdırmalar göstərib ki, Hindistanda kənd əhalisi tualetlərə sahib olsalar da ayaqyoluna bayırda gedirlər, çünki bunun daha sanitar olduğunu düşünürlər. evdə ayaqyoluna getməyi qeyri-gigiyenik sayan bəzi ailələr yeni tikilmiş tualetlərdən anbar kimi istifadə edir.

Yüz milyonlarla adamın küçədə ayaqyoluna getməsi irimiqyaslı gigiyena problemlərinə, xəstəliklərə və ölümlərə səbəbdir.

Kampaniyaçılar deyirlər ki, sadəcə tualetlər tikmək kifayət etmir və onlardan istifadə etməyin üstünlüyünü adamlara anlatmaq eynilə önəmlidir.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=317461

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR