Xocalı Soyqırımı İstanbulda böyük mitinqlə anılacaq

Xocalı Soyqırımı İstanbulda böyük mitinqlə anılacaq
13:05 21 Fevral 2015
59 Digər
Ölkə mətbuatı
A- A+

Xocalı soyqırımının 23-cü ili bütün dünyada olduğu kimi Türkiyədə də geniş iştirakla xatırlanacaq.

Ən böyük anım mərasimi İstanbulda keçiriləcək.
Soyqırımın 23-cü ildönümünə bir neçə gün qalmış İstanbulda bütün küçələr Xocalı afişaları ilə təchiz edilib.

Milli.Az haberazerbaycan.com-a istinadən xəbər verir ki, 22 fevral, saat 15:00-də "Turancı Hareket" Platforması tərəfindən İstanbulda təşkil ediləcək böyük mitinq “Söyüdlüçeşme” metro stansiyasından başlayacaq.
"Tamaşa etmə, Səndə Qoşul" şüarıyla keçiriləcək mitinqə çox sayda təşkilat dəstək verir.

Ümumilikdə belə mitinqlər təkcə İstanbul şəhərində deyil, Sivas, İzmir, Antalya, Kocaeli, Eskişehir kimi Türkiyənin digər şəhərlərində də keçiriləcək.

Əfqanə
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/325908.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR