Qeyri-adi məktəb... (FOTO)

Qeyri-adi məktəb... (FOTO)
13:08 21 Fevral 2015
59 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 21 fevral /Trend/

2 sinif otağı, 11 şagird və 3 müəllim. Bu məktəb Qazaxın Abbasbəyli kəndində yerləşir.

Trend Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, 50 ildən çox yaşı olan Abbasbəyli kənd məktəbində hansısa tərəqqiyə nail olmağın mümkünlüyü şübhə doğurur. 11 şagirdi və 3 müəllimi olan məktəb təkcə bununla yox, həm də qeyri-adi dərs metodu ilə fərqlənir. Məktəbin 1 və 3-cü sinif şagirdləri bir otaqda, 2 və 4-cü sinif şagirdləri isə digər otaqda təhsil alırlar. Məktəb direktoru dərsin bu şəraitdə keçirilməsini şagird azlığı və binanın yararsız vəziyyəti ilə əlaqələndirir.

Vəziyyətdən narazı qalan əksər sakinlər isə övladlarını digər kənd məktəblərinə göndərirlər.

Qazax rayon Təhsil Şöbəsinin müdiri Əhəd Dərgahquliyev bildirib ki, şagird sayı az olduğundan məktəbdə dərslər bu sistemlə keçilir. Amma gələcəkdə bu kənddə yeni məktəb inşa ediləcək. Yeni binanın nə vaxt tikiləcəyi isə hələlik məlum deyil.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2366773.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR