“Putin xanımını döyürdü”

“Putin xanımını döyürdü”
13:11 21 Fevral 2015
125 Şou
Ölkə mətbuatı
A- A+

Almaniyanın ZDF kanalı Rusiya prezidenti Vladimir Putinlə bağlı sənədli film hazırlayıb.

Axşam.az-ın xarici mətbuata istinadən xəbərinə görə, “Qərb ölkələrindən birinin təhlükəsizlik xidmətinin sənədləri” əsasında lentə alınan ekran işində Putin haqda maraqlı faktlar ortaya çıxıb.

Belə ki, prezidentin Drezden şəhərində Milli Təhlükəsizlik Nazirliyi üçün çalışdığı dönəmdə həyat yoldaşı Lyudmilanı tez-tez döydüyü, içki içdiyi və depressiv həyat sürdüyü iddia olunub. Bundan ötrü hətta Putinin polislə problemi də yaranıb. Filmdə həmçinin deyilib ki, Vladimir Putin həmin dövrlərdə indiki çəkisindən xeyli kök olub.

Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=26880

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR