Lerik rayonuna yağan güclü qar bir sıra fəsadlara səbəb olub

13:12 21 Fevral 2015
43 Digər
Ölkə mətbuatı
A- A+

[ 21 Fevral 2015 13:09 ]

Bakı, Lerik. Hafiz Heydərov, Ağəddin Babayev – APA. Lerik-Lənkəran yolu bağlanıb.

Hadisə şahidlərinin APA-ya verdiyi məlumata görə, Lerik-Lənkəran yolunun 40-cı kilometrliyinə güclü qar ağacları aşırıb. Nəticədə bir neçə mikroavtobus və 10-dan çox minik maşını yolda qalıb.

 

Şahidlərinin dediyinə görə, əraziyə yağan güclü qar nəticəsində həmçinin elektrik xətləri də sıradan çıxıb.

 

Hazırda Lerik-Lənkəran yolu qardan və yıxılmış ağaclardan təmizlənir.

 

Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini, Fövqəladə hallar üzrə komissiyanın sədri Habil Məlikovun APA-nın cənub bürosuna verdiyi məlumata görə, fevralın 17-dən başlayan intensiv yağıntı bir sıra problemlərə səbəb olub.

 

Belə ki, Hamarat kəndi ərazisindəki, eləcədə Yardımlı-Masallı yüksək gərginlikli hava xətlərində qəza baş verdiyindən fevralın 20-dən günorta saatlarından Lerik şəhəri də daxil olmaqla, rayonun bütün yaşayış məntəqələri işıqsız qalıb. Lənkəran-Lerik şosesinin 29-cu kilometrliyində isə irigövdəli ağaclar kökündən çıxaraq, yola düşdüyündən nəqliyyat vasitələrinin hərəkətində müəyyən çətinliklər yaranıb. Lerik rayon 43 saylı Yol İstismar İdarəsinin işçiləri və ağır texnikasının müdaxiləsindən sonra yolda vəziyyət qaydasına düşüb. Hazırda sözü gedən ərazi nəzarət altındadır.


Qeyd edək ki, qarın hündürlüyü Lerik şəhərində 55-60, ucqar ərazilərdə isə 70-80 santimetr təşkil edir.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/373621

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR