Azərbaycan və Koreya işıq-diod işıqlandırma mənbələrini birgə istehsal edəcəklər

Azərbaycan və Koreya işıq-diod işıqlandırma mənbələrini birgə istehsal edəcəklər
13:13 21 Fevral 2015
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 21 fevral /Trend, müxbir Hüseyn Vəliyev/

İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu Cənubi Koreyanın LG şirkəti ilə işıq-diod işıqlandırma (LED Light-emitting diode) mənbələrinin birgə istehsalına başlanılmasına dair niyyət memorandumu imzalayıb. Bunu Trend-ə Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun icraçı direktoru Elçin Zeynalov deyib.

Onun sözlərinə görə, layihənin reallaşdırılmasına təqribən 10 milyon manat həcmində investisiya cəlb etmək nəzərdə tutulub: “Əsas vəzifəmiz layihəyə xarici kapital cəlb etmək, eləcə də xarici bazarlarda hazır məhsulun satışı üçün imkanlar yaratmaqdır. Hazırda layihəyə cavabdeh biznes-strukturların yaradılması barədə danışıqlar aparılır, investisiyaların pay bölgüsü və gələcəkdə hazır məhsulun satışının perspektivləri müzakirə edilir”.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/it/2366594.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR