Xocalıda törədilmiş soyqırımı cinayətləri dünya elmi ictimaiyyətinə çatdırılmalıdır

13:18 21 Fevral 2015
56 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 21 fevral, AzərTAc
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fəlsəfə və Hüquq İnstitutunda Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar anma tədbiri keçirilib.
Əvvəlcə tədbir iştirakçıları Bakıda Xocalı şəhidlərinin xatirəsinə ucaldılmış “Ana harayı” abidəsini ziyarət edib, önünə əkil qoyublar.
İnstitutdan AzərTAc-a bildiriblər ki, tədbirdə elmi müəssisənin direktoru, professor İlham Məmmədzadə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda azərbaycanlılara qarşı törədilmiş amansız soyqırımı cinayətlərini dünya elmi ictimaiyyətinə çatdırmağın vacibliyini vurğulayıb.
Bildirilib ki, bu məqsədlə rus və ingilis dillərində kitablar, məqalələr dərc olunmalı, beynəlxalq konfranslarda Qarabağ mövzusunda elmi faktlara əsaslanan çıxışlar edilməlidir. İ.Məmmədzadə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət” beynəlxalq təbliğat-təşviqat kampaniyasının məqsədyönlü fəaliyyət istiqamətlərindən də danışıb.
Digər çıxış edənlər də Xocalı soyqırımının XX əsrin ən dəhşətli faciəsi olduğunu, beynəlxalq arenada Xocalı faciəsinə obyektiv qiymət verilmədiyini söyləyiblər. Natiqlər Dağlıq Qarabağ münaqişəsi mövzusunda dolğun faktlara əsaslanan elmi araşdırmalar aparılması barədə təkliflər irəli sürüblər.
Sonda Xocalı faciəsi haqqında film nümayiş olunub.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Xocalida_toredilmis_soyqirimi_cinayetleri_dunya_elmi_ictimaiyyetine_chatdirilmalidir-833916

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR