Bankomat qarşısında növbələrə son (VİDEO)

Bankomat qarşısında növbələrə son (VİDEO)
13:21 21 Fevral 2015
65 Ölkə
Ölkə mətbuatı
A- A+

Pensiyanı müxtəlif bankomatlardan çıxarmaq mümkün olacaq.

ANS TV-nin məlumatına görə, pensiyaların verilmə vaxtı bankomatlar qarşısında uzun növbələrin yarandığının şahidi oluruq. Yaşlı insanlar təqaüdləri köçən kimi onu əldə etməyə çalışırlar. Bunun üçün bəzən saatlarla bankomat qarşısında növbələrinin çatmasını gözləyirlər. Dövlət Sosial Müdafiə Fondu pensiyaçıların bankomat problemini aradan qaldırmağa qərar verib. Hansı bankın kartına sahib olmasından asılı olmayaraq, pensiyaçılar bütün bankomatlardan pul çıxara biləcəklər. Hətta bu zaman pensiyaçılardan heç bir komissiya xərci tutulmayacaq.

DSMF-nın sədri Elman Mehdiyev təqaüdçilərin öz pullarını müxtəlif bankomatlardan əldə edilə biləcəyini deyir. Bunun üçün heç bir komissiya tutulmayacaq və bu pulu Dövlət Sosial Müdafiə Fondu özü ödəyəcək.

İqtisadçılar bu qərarın təqaüdçüləri çox razı salacağını düşünürlər. Pensiyaların verildiyi bankların çox olmamasını nəzərə alsaq bu qərarın onların rahatlığı üçün atılmış ən ideal addımdır.

İqtisadçı ekspert Vüqar Bayramov bu işi məhz təqaüdçüləri düşündükləri üçün etdiklərini deyir. Çünki, bu zaman təqaüdçü öz pulunu əldə etmək üçün çox məsafə qət etmiyəyəcək.

Bundan başqa təqaüdçülərin nəğdsiz ödənişdən istifadə etməsi üçün ötən ilin əvvəlindən “Pensiya+” proqramına start verilib. Proqram nağdsız ödəniş vasitələrindən istifadəni təşviq edir. Onlardan istifadə edənlər aylıq pensiya həcmində faizsiz kredit ala bilərlər. Bu yenilik pensiyaçılar arasında nağdsız ödəniş mexanizminin təşviqinə yönəlib.

Mənbə
ANS TV, Vüsalə Xaməmmədqızı



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=20&nid=327410

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR