Oğlunun qırxına hazırlaşan ananı bıçaqlayanlar tutuldular

Oğlunun qırxına hazırlaşan ananı bıçaqlayanlar tutuldular
16:32 2 Yanvar 2015
118 Digər
Ölkə mətbuatı
A- A+

Şəkidə vəfat etmiş oğlunun 40 mərasinə hazırlaşan 74 yaşlı qadına bıçaqlayan maskalı şəxslər tapılıblar.

Anspress-in Daxili İşlər Nazirliyinə istinadən verdiyi məlumata görə, ötən ilin may ayının 26-da Şəki şəhərində yaşayan Gülxar Ərəbovaya xəsarətlər yetirmiş maskalıların kimliyi müəyyən edilib.

Şəki ŞRPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş şəhər sakinləri Pərviz Kənani Ümid Mirzəyev saxlanılıblar.

Xatırladaq ki, hadisə 26 may səhər 06:00 radələrində Şəkidə 20 Yanvar küçəsi ilə Təranə Vahabova küçəsinin kəsişməsində yerləşən 2 nömrəli mənzildə qeydə alınıb. Şəhər sakini Ərəbova Gülxar Şaban qızı səhər saatlarında qapını açıb evdən çıxmaq istəyərkən iki nəfər maskalı şəxs qəfildən ona hücum edib. Bu zaman həmin şəxslərdən biri ona yumruqla zərbələr endirib və bıçaq xəsarətləri yetirib. Cinayətkarlar hadisə yerindən qaçmışdılar.

Xəsarət alan şəxs dərhal xəstaxanaya çatdırılıb. Xəstəxanadan verilən məlumata əsasən, qadın bədəninin sol bazu oynağı, boynun sol hissəsi, sol qaş nahiyəsi və başın ənsə nahiyəsinin kəsilmiş yaraları ilə xəstəxanaya daxil olub.

Gülxar Ərəbova hücuma məruz qaldığı gün oğlunun 40 mərasimi olacaqdı.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/crime/316947.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR