ADR təsis olundu

ADR təsis olundu
13:31 21 Fevral 2015
62 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan Demokratiya və Rifah Hərəkatını (ADR) bu gün təsis konfransı keçirilir. Yeni hərəkatın Təşkilat Komitəsinin sədri, Müsavat Partiyası başqanlığına keçmiş namizəd, iqtisadçı Qubad İbadoğludur.

ANS PRESS-in məlumatına görə, ADR Müsavat Partiyasının qurultayından sonra 13 nəfərin iştirakı ilə yaradılıb. Hərəkatda əsasən başqan seçkilərindən və partiyadaxili münasibətlərdən narazı qalan müsavatçılar və ya partiyadan istefa verənlər təmsil olunsa da, sonradan ora başqa siyasi qüvvələr də qoşulub.

Təşkilat Komitəsinin üzvü Ellada Məmmədli konfransa 267 nəfərin qatıldığnı, onlar arasında Ümid, Klassik Xalq Cəbhəsi, Vətəndaş Həmrəyliyi və Ədalət partiyalarının üzvlərinin təmsil olunduğunu bildirib. Müsavat başqanının keçmiş müavini Mehman Cavadoğlu xəstə olduğundan konfransa gəlməsə də, məktub göndərib və ADR-ə qoşulduğunu bəyan edib.

Təsis konfransında Təşkilat Komitəsinin sədri Qubad İbadoğlunun təklifi ilə sədarət, say komissiyası, katiblik seçilib.

Təsis konfransında açıq səsvermədə 1 nəfər bitərəf qalıb, qalanlar Qubad İbadoğlunun sədr olmasına səs veriblər.

ADR sədrliyinə namizədliyi irəli sürülmüş Vurğun Əyyub və Ellada Məmmədli namizədliklərini geri götürüblər.

Q.İbadoğlu bildirib ki, ADR Hərəkatı ölkənin gələcəyi üçün mühüm siyasi qurum olacaq.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=14&nid=327414

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR