Bakıda sirkə içmiş qadın 3 gün sonra öldü

Bakıda sirkə içmiş qadın 3 gün sonra öldü
13:48 21 Fevral 2015
54 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 21 fevral /Trend, müxbir İlkin İzzət/

Sirkə turşusundan zəhərlənmə ilə xəstəxanaya gətirilmiş qadın orada ölüb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, fevralın 17-də Bakının Yasamal rayonu ərazisində yaşayan Könül Quliyeva sirkə turşusundan zəhərlənmə ilə xəstəxanaya gətirilib. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb və o, 3 gündən sonra, fevralın 20-də orada ölüb.

Faktla əlaqədar araşdırma aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/incident/2366785.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR