Putindən savaş mesajı

Putindən savaş mesajı
13:51 21 Fevral 2015
124 Dünya
Ölkə mətbuatı
A- A+

"Heç kim Rusiyaya hərbi üstünlük qura bilməz". ANS PRESS-in məlumatına görə, bunu Rusiya prezidenti Vladimir Putin söyləyib. Son illərdə rus ordusundakı inkişafa diqqət çəkən prezident qeyd edib ki, heç kim bizə təzyiq qurma xəyalına aldanmasın.

"Rusiya bu istiqamətdəki təhdidlərə qarşı hər zaman uyğun cavab verə bilər. Hərbçilərimiz qərarlı, professional və cəsur bir şəkildə, ən çətin vəzifələri yerinə gətirə biləcəklərini sübut edib", - deyə Putin bildirib.

Rus ordusunun modernləşdirildiyini vurğulayan Rusiya prezidenti sözlərini belə dava edib:

"Rusiyanın quru, dəniz, nüvə və kosmos müdafiə gücünün inkişafı üçün çalışırıq. Bu bizim qlobal ölçüdə sığortamızdır. Mən bir dəfə daha bütün şərtlərdə hərbi modernizasiya proqramının tətbiqini xatırlatmaq istəyirəm. Bunda şübhə yoxdur", - deyə Putin söyləyib.

Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=15&nid=327418

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR