Nəsimi və Quba rayonunun şahmatçıları respublika birinciliyinin final mərhələsinə vəsiqə qazanıblar

Nəsimi və Quba rayonunun şahmatçıları respublika birinciliyinin final mərhələsinə vəsiqə qazanıblar
13:53 21 Fevral 2015
186 Ölkə
Ölkə mətbuatı
A- A+


Xaçmaz, 21 fevral, AzərTAc, Elxan Yusifli
Xaçmazda şahmat məktəblərinin komandaları arasında keçirilən zona birinciliyinin qalibləri müəyyənləşib.
AzərTAc xəbər verir ki, birincilikdə Xaçmaz, Quba, Şabran, Xızı, Cəbrayıl, Zəngilan, Qubadlı rayonlarını, eləcə də Bakı şəhərini təmsil edən 10 komandanın 60 şahmatçısı dairəvi sistem üzrə mübarizə aparıb.
Zona birinciliyinin qalibi adını Bakı şəhərinin Nəsimi rayonundakı şahmat məktəbinin komandası qazanıb. İkinci yerə Quba, üçüncü yerə isə Cəbrayıl şahmatçıları çıxıblar.
İlk iki yeri tutan komandalar respublika birinciliyinin final mərhələsinə vəsiqə qazanıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Nesimi_ve_Quba_rayonunun_sahmatchilari_respublika_birinciliyinin_final_merhelesine_vesiqe_qazaniblar-833923

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR