"Ondansa, şor-çörəyimi yeyib, evimdə oturaram"

"Ondansa, şor-çörəyimi yeyib, evimdə oturaram"
13:57 21 Fevral 2015
Ölkə mətbuatı
A- A+

Xalq artisti Rasim Balayev filmlərə çəkilməməyinin səbəbini açıqlayıb
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, "Star life"yə açıqlama verən aktyor ssenarinin və qonorarın onu qane etmədiyini bildirib:

"Yeni kinolar çəkirlər, biri yaxşı alınır, biri pis. Əsas odur ki, bu sahədə durğunluq yoxdur, iş gedir. Bizim dərdimiz odur ki, tamaşaçını itirmişik. Onları yenidən yığa bilmirik. Əvvəl xarici, yerli filmlərə kinotetarlarda baxırdılar. İndikilər yadırğayıblar. Gərək maraqlı filmlər çəkib, insanları yenidən kinoteatrlara toplayaq.

Mənə də serial, film təklifləri gəlir. Tələb edirəm ki, ssenarini verin, vermirlər. Deyirlər, biz hər seriyanın çəkilişindən sonra yığışıb, növbəti bölümü yazırıq. Mən ssenari yazan deyiləm. Aktyor sənətinə sahibəm, başqa peşədə də olmaq istəmirəm. Buna görə də razılaşmıram. Qonorar da vermirlər. Ondansa, şor-çörəyimi yeyib, evimdə oturaram. İndi seriallarda rolları yoldan keçənlərə verirlər".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/325917.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR