Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Bərdədə vətəndaşları qəbul edib

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Bərdədə vətəndaşları qəbul edib
14:03 21 Fevral 2015
432 Ölkə
Ölkə mətbuatı
A- A+


Bərdə, 21 fevral, Tahir Ağaməmmədov, AzərTAc
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov fevralın 21-də Bərdə şəhərində vətəndaşları qəbul edib.
AzərTAc xəbər verir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsində keçirilən qəbulda Bərdə, Tərtər, Ağdam, Goranboy, Naftalan, Xocavənd, Laçın rayonlarından olan vətəndaşların müraciətlərinə baxılıb.
Müraciətlər əsasən daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı, dövlət əmlakının özəlləşdirilməsi və icarəsi, işə qəbul, fərdi həyət evlərinə, mənzillərə, qeyri-yaşayış sahələrinə çıxarış və texniki pasport alınması və digər məsələlərlə bağlı olub.
Komitə sədri sakinlərin müraciətlərinin tez bir zamanda həlli üçün tapşırıqlar verib. Qaldırılan bəzi məsələlər qanunvericiliyə uyğun yerindəcə həll olunub. Vətəndaşlara komitənin fəaliyyətinə aid olan məsələlərlə bağlı qanunvericiliyin tələbləri izah edilib və hüquqi məsləhətlər verilib. Araşdırılması tələb olunan müraciətlər isə qeydiyyata alınıb.
Həmin gün Əmlak Məsələləri Dövlət Komitəsinin sədri tərəfindən birbaşa müraciət edən vətəndaşlar da qəbul olunub və hər bir müraciətə diqqətlə yanaşılıb.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Amlak_Meseleleri_Dovlet_Komitesinin_sedri_Berdede_vetendaslari_qebul_edib-833925

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR