Səhhəti pisləşən Fikrət Qocadan xəbər var

Səhhəti pisləşən Fikrət Qocadan xəbər var
14:05 21 Fevral 2015
Ölkə mətbuatı
A- A+

Xalq şairi, Azərbaycan Yazıçılar Birliyinin katibi Fikrət Qoca bu gün İstanbulda müalicəsini başa vurub Bakıya qayıdacaq
Şairin qardaşı, tərcüməçi Hamlet Qocanın APA-ya verdiyi məlumata görə, F. Qoca özünü yaxşı hiss edir: “Şükür Allaha, müalicələr müsbət nəticə verdi. Ehtimal olunurdu ki, ürək əməliyyatı keçirsin, amma həkimlər ehtiyac hiss etməyiblər. Ürək damarları təmizlənib, indi hər şey qaydasındadır”.

H.Qoca əlavə edib ki, xalq şairinin yenidən müayinələr üçün Türkiyəyə dönməsinə ehtiyac olmayacaq.

Qeyd edək ki, F.Qoca fevralın 10-da infarkt keçirib. Onu müalicə olunmaq üçün İstanbula aparıblar.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/325918.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR