Maydanın 1 yaşı

Maydanın 1 yaşı
14:11 21 Fevral 2015
55 Dünya
Ölkə mətbuatı
A- A+

Moskvada ötən il Ukraynanın paytaxtı Kiyevdə "Avromaydan" hərəkatının ildönümü ilə bağlı aksiya keçirilir. Aksiya özünü "Antimaydan" adlandıran hərəkat tərəfindən təşkil edilib.

"Antimaydan"çılar Kiyevdə bir il əvvəl yüzlərlə etirazçının öldürüldüyü və Yanukoviç hakimiyyətinin devrildiyi hadisələri "çevriliş" adlandırıb.

Moskvadakı aksiya "Maydanın 1 yaşı. Unutmayacağıq, bağışlamayacağıq" şüarı altında keçirilir. Aksiyaya 27 mindən çox adamın toplaşdığı bildirilir.

Sosial şəbəkələrdə inqilablara və çevrilişlərə qarşı çıxan hər kəsin bu gün Moskvadakı yürüşə qatılmasına çağırışlar edilib.

Yürüş İnqilab meydanında mitinqlə başa çatacaq.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=327424

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR