x
Loading...

Ozellesmede daha bir yenilik (VIDEO)

Ozellesmede daha bir yenilik (VIDEO)
14:31 21 Fevral 2015
204 Ölkə
Ölkə mətbuatı
A- A+
.

Azerbaycanda menzillerin ozellesdirilmesi zamani teleb olunan senedler sirasina menzil kirayesi meqavilesi de elave edilir. ANS TV- nin melumatina gore, bu Azerbaycan Respublikasinda Menzil Fondunun ozellesdirilmesi haqqinda qanuna deyisiklik edilmesi barede qanun layihesinde eksini tapib. Bele ki, qanunun 8-ci maddesine teklif olunan deyisikliye gore, menzilinin ozellesdirilmesi zamani menzil sahesinin orderi ve ya menzil kirayesi muqavilesi, yaxud onun verilmesine dair serencam teleb olunacaq.

Millet vekili Cingiz Qenizade bildirir ki, menzilin kiraye verilmesi ile bagli muqavile olduqda vetendaslar rahat sekilde dasinmaz emlaklarini Dovlet Reyster Xidmetinde qeydiyyata aldira bilecekler.

Millet vekili bildirdi ki, qanuna deyisiklik xususi olaraq dovlet muesselerinin nezdindeki menzillerinde kiraye muqavilesi imzalamaqla muveqqeti yasayan sexslerin xeyrine olacaq. Cunki, artiq ozellesmis ve movcud olmayan muesselerinden ev almis vetendaslar rahat sekilde menzillerini dovlet reyestrinde qeydiyyatdan kecire bilecek.

Iqtisadci ekspertler ise hesab edir ki, bu deyisiklikler kiraye verilen menzillerin vergiye celb olunmasina sebeb olacaq. Cunki menziller kiraye verilen zaman muqavileler baglanmirdi. Bu sebebden de menzilini kiraye veren sexsler vergiye celb edilmirdi.

Ekspert Vuqar Bayramli deyir ki, meqsed – kiraye verilen evlerin vergiye celb olunmasidir. Cunki, bezen muqavilelerde kiraye verilen evin meblegi ya hec gosterilmir, ya da oldugundan az gosterilirdi.

Onu da qeyd edek ki, qanun layihesi bu ayin 24-u Milli Meclisde muzakireye cixarilacaq.

Menbe
ANS-TV



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=14&nid=327413

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR