Ermənistan Aİİ-yə qoşuldu

Ermənistan Aİİ-yə qoşuldu
16:41 2 Yanvar 2015
95 Dünya
Ölkə mətbuatı
A- A+

Ermənistan 2015-ci il yanvarın 2-dən rəsmən Belarus, Qazaxıstan və Rusiyanın da daxil olduqları Avrasiya İqtisadi İttifaqının üzvü oldu.

ANS PRESS-in məlumatına görə, 2014-cü ilin oktyabr ayında imzalanan müvafiq sazişə uyğun olaraq 2022-ci ilədək İrəvan Aİİ-də tətbiq edilən vahid gömrük tarifinə keçməlidir.

Cari ilin sonunadək Ermənistan Aİİ icra orqanlarında məhdud formatda təmsil olunacaq: hər biri üç səsə malik olan Belarus, Qazaxıstan və Rusiyadan fərqli olaraq, Ermənistan nümayəndəyili bir səs hüququna malik olacaq.

May ayında bu təşkilata Qırğızıstan da birləşəcək.

Avrasiya İttifaqı layihəsi MDB məkanında fəal tətbiq edilən Rusiya layihəsidir. ABŞ-ın sabiq dövlət katibi Hillari Klinton Avrasiya İqtisadi İttifaqını bölgənin yenidən sovetləşdirilməsi cəhdi adlandırmışdı.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=15&nid=317460

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR