Xocalı soyqırımı Türkiyədə və Hollandiyada anılacaq

14:52 21 Fevral 2015
47 Ölkə
Ölkə mətbuatı
A- A+

[ 21 Fevral 2015 14:48 ]


Bakı. Cavid Zeynallı - APA. Xocalı soyqırımı Türkiyənin bir sıra bölgələrində və Hollandiyada anılacaq.

 

APA-nın məlumatına görə, Milli Məclisin deputatları Elman Məmmədov, Qənirə PaşayevaMusa Qasımlı Xocalı soyqırımının ildönümünə həsr olunmuş anım tədbirlərində iştirak etmək üçün fevralın 23-dən 28-dək Ankara, Kayseri, Malatya və Kahramanmaraşda səfərdə olacaqlar.

 

Millət vəkilləri ermənilər tərəfindən  xalqımıza qarşı törədilmiş soyqırımı vəhşiliklərinin Türkiyə ictimaiyyətinə çatdırılması məqsədi ilə anım tədbirlərində çıxışlar edəcək, bir sıra faktları diqqətə çatdıracaqlar.

 

Milli Məclisdən bildiriblər ki, deputat Zahid Oruc isə Ermənistanın Qarabağı işğalını və Xocalı soyqırımını pisləyən mitinq-yürüşdə, həmin mövzuya həsr olunmuş konfransda və rəsm sərgisində iştirak etmək üçün fevralın 25-dən 28-dək Niderland Krallığının Haaqa şəhərində səfərdə olacaq.

 

Hollandiya Türkləri Şurası tərəfindən təşkil olunan tədbirdə millət vəkili Zahid Oruc konfransda çıxış edəcək, Qarabağın işğalından sonrakı proseslər və Azərbaycanın siyasəti barədə iştirakçılara məlumat verəcək.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/373627

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR