Prezident İlham Əliyev yeni gətirilən “Boeing-787-8” sərnişin təyyarəsinə baxış keçirib

Prezident İlham Əliyev yeni gətirilən “Boeing-787-8” sərnişin təyyarəsinə baxış keçirib
16:42 2 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

[ 02 Yanvar 2015 16:38 ]

Bakı - APA. Bu gün Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Heydər Əliyev Beynəlxalq Aeroportunda “Azərbaycan Hava Yolları” (AZAL) QSC-yə məxsus yeni gətirilən “Boeing-787-8” Dreamliner sərnişin təyyarəsi ilə tanış olublar.

APA-nın məlumatına görə, “AZAL” QSC-nin prezidenti Cahangir Əsgərov dövlət başçısına yeni təyyarə barədə məlumat verib.

 

Bildirilib ki, son texniki nailiyyətləri özündə birləşdirən “Arzular layneri” daha uzaq məsafələrə uçuşlar həyata keçirməyə imkan yaradır. Ən yeni texnologiyaların tətbiq edilməsi nəticəsində isə təyyarədə yüksək mənfəətli istismar, yanacağa qənaət və sərnişinlər üçün rahat şərait var. Bu təyyarə həm texniki, həm də xidmət cəhətdən digər hava gəmilərindən fərqlənir. Onun çəkisi analoji təyyarələrlə müqayisədə daha yüngüldür. Buna baxmayaraq, uçuş məsafəsi və yükqaldırma imkanı digərlərindən çoxdur və 20% az yanacaq sərf edir. Geniş gövdəli bu təyyarə 210 sərnişin tutumuna malikdir. Fasiləsiz 15 saat uçuş yerinə yetirən bu layner birbaşa 15,7 min kilometr məsafə qət edə bilir. Dreamliner bu göstəricilərə görə hazırkı sərnişin təyyarələri arasında liderdir. Laynerin sərnişin salonunda üç növ oturacaq və onlara uyğun fərqli xidmət sinifləri mövcuddur. Təyyarənin bütün aeronaviqasiya və sərnişin salonunun audio-video sistemləri ən son texnoloji yeniliklər əsasında tərtib olunub. Bu təyyarə ilə ilk mərhələdə Bakıdan Pekinə, Londona və Avropanın digər şəhərlərinə uçuşlar yerinə yetiriləcək. Bu ilin yay mövsümündən isə hava gəmilərinin Nyu-York və yeni açılacaq hava xətlərində istismarı gözlənilir.

 

Qeyd edək ki, avialayner MDB məkanında və bir sıra Şərq ölkələri arasında ilk dəfə Azərbaycana gətirilib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR