Neftimiz bahalaşdı

Neftimiz bahalaşdı
15:01 21 Fevral 2015
93 Ölkə
Ölkə mətbuatı
A- A+

Dünya birjalarında neftin qiyməti yenidən qalxıb.

ANS PRESS-in məlumatına görə, ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0,01% bahalaşaraq 60,22 dollar olub.

WTI neftinin qiymətində isə 1,02% ucuzlama müşahidə olunub. Belə ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatları zamanı WTI neftinin qiyməti 1 barelə görə 50,81 dollar təşkil edib.

Azərbaycanın yüngül neftinin qiymətində dəyişiklik olub. CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə fevralın 20-də yüngül neftin qiyməti 63,42 dollara çatıb.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=20&nid=327435

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR