Bakıda manat oğruları tutuldu

Bakıda manat oğruları tutuldu
15:16 21 Fevral 2015
75 Ölkə
Ölkə mətbuatı
A- A+

Paytaxtda mağazalardan oğurluq edən dəstənin üzvləri saxlanılıblar.

ANS PRESS-in Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, fevral ayının 9-dan 17-dək olan müddətdə Telman Ələsgərova, Əyyub Əsədullayevə və İlham Əsgərova məxsus mağazalardan pul, danışıq kartları, tütün məmulatı və ərzaq məhsullları oğurlanıb.

DİN-in Kriminalistik Tədqiqatlar İdarəsi və Xətai rayon Polis İdarəsi 36-cı Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətmiş Bakı şəhər sakinləri saxlanılıblar.

Əli Rəsulov, Həmid Adıgözəlov, Mətləb Rəhmanov, Məhəmməd Əliyev, Rəhman Məhərrəmov, Lənkəran rayon sakini Vüsal Quluzadə və Şərur rayon sakini Hüseyn Mustafayev saxlanılıblar.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=327426

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR