Bakıda məcburi köçkünlərin məskunlaşdığı binada uçqun

Bakıda məcburi köçkünlərin məskunlaşdığı binada uçqun
15:17 21 Fevral 2015
49 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda məcburi köçkünlərin məskunlaşdığı binada uçqun olub
Binəqədi Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə 9-cu mikrorayon, Həmzə Babaşov küçəsində yerləşən binalardan birində qeydə alınıb. Binadakı mənzillərdən birində uçqun olub.
 
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri gəlib.
 
İlkin məlumata görə, hadisə nəticəsində ölən və yaralanan yoxdur.
 
Polisdən, həmçinin bildirilib ki, uçqun baş verən binada məcburi köçkünlər məskunlaşıbmış.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/325928.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR