Oğru dəstəsinin 7 üzvü tutuldu

Oğru dəstəsinin 7 üzvü tutuldu
15:27 21 Fevral 2015
106 Digər
Ölkə mətbuatı
A- A+

Paytaxtda mağazalardan oğurluq edən dəstənin üzvləri saxlanılıblar
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, fevral ayının 9-dan 17-dək olan müddətdə Telman Ələsgərova, Əyyub Əsədullayevə və İlham Əsgərova məxsus mağazalardan pul, danışıq kartları, tütün məmulatı və ərzaq məhsulları oğurlanıb.

DİN-in Kriminalistik Tədqiqatlar İdarəsi və Xətai rayon Polis İdarəsi 36-cı Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq ediblər.

Bakı şəhər sakinləri - Əli Rəsulov, Həmid Adıgözəlov, Mətləb Rəhmanov, Məhəmməd Əliyev, Rəhman Məhərrəmov, Lənkəran rayon sakini Vüsal Quluzadə və Şərur rayon sakini Hüseyn Mustafayev saxlanılıblar.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/crime/325927.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR