Daşkənddəki Əlişir Nəvai adına Milli Kitabxanada Beynəlxalq Ana dili günü ilə bağlı mərasim keçirilib

Daşkənddəki Əlişir Nəvai adına Milli Kitabxanada Beynəlxalq Ana dili günü ilə bağlı mərasim keçirilib
15:28 21 Fevral 2015
Ölkə mətbuatı
A- A+


Daşkənd, 21 fevral, AzərTAc
Daşkənddəki Əlişir Nəvai adına Milli Kitabxanada Beynəlxalq Ana dili günü ilə bağlı mərasim keçirilib.
Tədbirdə ədəbiyyat, mədəniyyət və incəsənət xadimləri, Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) rəhbərləri və əməkdaşları, jurnalistlər iştirak ediblər.
Kitabxananın direktoru Asadjon Xocaev, UNESCO-nun Özbəkistandakı nümayəndəliyinin rəhbəri xanım Kristu Pikkat, Banqladeşin bu ölkədəki səfiri Maksut Mannan çıxışlarında bu bayramın əhəmiyyəti haqqında ətraflı söhbət açıblar. Deyilib ki, Beynəlxalq Ana dili günü 1990-cı il noyabr ayında UNESCO tərəfindən təsis edilib və 2000-ci ilin fevralından keçirilməyə başlanıb.
AMM-in əməkdaşı Kifayət Pirməmmədova Azərbaycan dili, xarici ölkələrdə yaşayan soydaşlarımız haqqında danışıb.
Qeyd olunub ki, dünyada 50 milyondan artıq azərbaycanlı yaşayır. Deyilib ki, Özbəkistanda yaşayan soydaşlarımızın sayı 60 min nəfərə yaxındır.
K.Pirməmmədova bildirib ki, artıq bir neçə ildir ki, AMM-də Azərbaycan dili kursu uğurla fəaliyyət göstərir.
Azərbaycan diasporunun aktiv üzvü, tələbə Arzu Mirqasımova tanınmış Azərbaycan şairi Səməd Vurğunun “Azərbaycan” şerini söyləyib.
AMM-in “Azərbaycan qızları” uşaq rəqs ansamblı milli rəqslərimiz ifa ediblər.
Qulu Kəngərli
AzərTAc-ın xüsusi müxbiri
Daşkənd


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Daskenddeki_Alisir_Nevai_adina_Milli_Kitabxanada_Beynelxalq_Ana_dili_gunu_ile_bagli_merasim_kechirilib-833939

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR