Tərtərli məktəblilər hərbi hissədə olublar

Tərtərli məktəblilər hərbi hissədə olublar
15:33 21 Fevral 2015
62 Ölkə
Ölkə mətbuatı
A- A+


Tərtər, 21 fevral, AzərTAc
Tərtər şəhərinin 1, 2, 5 və 6 nömrəli tam orta məktəblərinin yuxarı sinif şagirdləri Xocalı faciəsinin 23-cü ildönümü ilə əlaqədar hərbi hissədə olublar.
AzərTAc xəbər verir ki, rayon ictimaiyyətinin nümayəndələrinin də iştirak etdiyi tədbirdə erməni daşnaklarının 23 il bundan əvvəl fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərində törətdikləri qırğının acı nəticələrindən, dinc əhaliyə amansız divan tutulmasından danışıblar.
Çıxışlarda Azərbaycan silahlı qüvvələrinin bugünkü qüdrətindən də bəhs edilib, bayrağımızın yenidən doğma Qarabağımızda dalğalandıracağına əminlik bildirilib.
Sonra şagirdlər sıra və atəş hazırlıqlarını nümayiş etdiriblər.



Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Terterli_mektebliler_herbi_hissede_olublar-833941

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR