Qanunsuz ov edənlər cərimələndilər

Qanunsuz ov edənlər cərimələndilər
15:38 21 Fevral 2015
73 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 21 fevral, AzərTAc
Qanunsuz ov hallarının qarşısının alınması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aidiyyəti qurumlarının əməkdaşları tərəfindən fevralın 10-dan 20-dək ölkə ərazisində növbəti reydlər keçirilib.
Nazirliyin mətbuat xidmətindən AzərTAc-a verilən məlumata görə, reyd zamanı Ağsu rayonunun Sanqalan ərazisində qanunsuz ov edən 3 naməlum şəxs saxlanılıb. Faktla bağlı akt tərtib edilərək həmin şəxslərdən 3 ov tüfəngi və 6 patron götürülüb. Sənədlərini təqdim etməyən qanun pozucularının şəxsiyyətinin müəyyən edilməsi və barələrində qanunvericiliyə uyğun tədbir görülməsi üçün Ağsu Rayon Polis Şöbəsinə müraciət edilib.
Qaradağ rayonunun 29-cu kilometrliyində qanunsuz ov edən Abşeron rayonunun Güzdək kənd sakini Mehdi Mehdiyev, Xırdalan şəhər sakini Kamil Aslanov və Bakı sakini Vərqa Həsənovdan 3 ov tüfəngi və 8 patron götürülüb. Qanun pozucuları barəsində akt və protokol tərtib edilərək hər biri 1000 manat məbləğində cərimə olunub.
Qusar rayonunun Qullar-İmamqulu kəndi ərazisində keçirilmiş reyd zamanı ovla məşğul olan naməlum şəxs saxlanılaraq ondan 1 ov tüfəngi və 2 patron götürülüb. Təqsirkarın şəxsiyyətinin müəyyən edilməsi və barəsində müvafiq tədbir görülməsi üçün aidiyyəti rayon polis şöbəsinə müraciət olunub.
Sarısu Ovçuluq Təsərrüfatının ərazisində isə 4 nəfər naməlum şəxs saxlanılıb. Faktla bağlı qanunvericiliyin tələblərinə uyğun akt tərtib edilərək onlardan 5 ov tüfəngi, 130 patron və 14 ovlanmış çöl ördəyi müsadirə olunub. Sənədlərini təqdim etməyən qanun pozucularının şəxsiyyətinin müəyyənləşdirilməsi üçün qanunamüvafiq tədbirlər görülür.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Qanunsuz_ov_edenler_cerimelendiler-833944

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR