Təhsil Kompleksində şagirdlərin inkişafı üzrə layihələr reallaşdırılır

15:43 21 Fevral 2015
51 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 21 fevral, AzərTAc 
Bakının Səbail rayonundakı 132-134 nömrəli Təhsil Kompleksində şagirdlərin inkişafı üzrə müxtəlif layihələr reallaşdırılır.
Burada müvafiq layihə çərçivəsində “Məktəb filarmoniyası” yaradılıb.
Təhsil Kompleksindən AzərTAc-a bildiriblər ki, məktəblilərin akademik bilik almaları ilə yanaşı, onların yaradıcılıq bacarıqlarının inkişaf etdirilməsi də xüsusi önəm kəsb edir. “Məktəb filarmoniyası”nın yaradılmasında məqsəd şagirdlərin estetik zövqünü formalaşdırmaq, onların yaradıcılıq qabiliyyətlərini üzə çıxarmaqdan ibarətdir.
Xatırladaq ki, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda gənclərin yaradıcılıq bacarıqlarının inkişafı da nəzərdə tutulur.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Tehsil_Kompleksinde_sagirdlerin_inkisafi_uzre_layiheler_reallasdirilir-833947

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR