Pentaqonun yeni başçısı ilk səfərini Əfqanıstana edib

Pentaqonun yeni başçısı ilk səfərini Əfqanıstana edib
15:43 21 Fevral 2015
58 Dünya
Ölkə mətbuatı
A- A+


Bakı, 21 fevral, AzərTAc
Fevralın 17-də rəsmən ABŞ-ın müdafiə naziri postuna təsdiq edilmiş Eşton Karter Pentaqonun başçısı kimi ilk xarici səfərini Əfqanıstanın paytaxtı Kabilə edib. O, təyyarənin göyərtəsində jurnalistlərə Əfqanıstan Prezidenti Əşrəf Qəni Əhmədzayla görüşməyi planlaşdırdığını bildirib.
AzərTAc TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Eşton Karter Əfqanıstana səfərini orada hələ də 10 min ABŞ əsgərinin olması ilə əlaqələndirib.
Qeyd edək ki, yanvarın 1-də Şimali Atlantika Alyansı Əfqanıstanda “Qətiyyətli dəstək” (Resolute Support) adlı mahiyyət etibarilə yeni qeyri-döyüş missiyasına başlayıb. İki il müddətində nəzərdə tutulan missiyanın mandatı, ehtiyac yaranarsa, artırıla bilər. Bu missiyanın tərkibinə 10,8 min amerikalı hərbçinin də olduğu 12,5 min müşavir və təlimatçı daxildir. Onlar əfqan ordusuna “Taliban”a qarşı mübarizədə kömək göstərməlidir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Pentaqonun_yeni_baschisi_ilk_seferini_Afqanistana_edib-833948

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR