Namiq Qaraçuxurlu aparıcılardan şikayətləndi

Namiq Qaraçuxurlu aparıcılardan şikayətləndi
15:46 21 Fevral 2015
240 Şou
Ölkə mətbuatı
A- A+

Müğənni Könül Kərimova və meyxanaçı Namiq Qaraçuxurludan yeni xəbər var.

Axşam.az-ın məlumatına görə, "5/5" verilişinə qonaq olan sənətçilər yenidən duet oxuyacaqlarını bildirib.

N.Qaraçuxurlu duet üçün maraqlı mahnı axtardıqlarını deyib:

"Yenidən birlikdə duet istəyirik. Amma ehtiyat edirik. Ciddi məsələdir, narahat oluruq. Gərək elə duet olsun ki, əvvəl oxuduğumuz "Cavanlıq səhvi"ndən yaxşı alınsın".

Meyxanaçı aparıcı Zaur Kamalın "Nə ağılla Rəhim Rəhimli ilə duet oxudun?" sualına "Bu sualı mənə çox verirlər. Rəhim xətrini istədiyim ifaçılardandı. Dedi, mahnının əvvəlində sənin səsin lazımdır. İlk vaxt duet planlaşdırmadıq. Oxudum, gördük yaxşı alınır. Rəhimin təklifi ilə mahnını dəyişdirib, duet etdik" deyə, cavab verib.

N.Qaraçuxurlu aparıcılardan da şikayət edib:

"Efirdə gec-gec görünürəm, belə də davam edəcəm. Buna aparıcılar səbəb olub. İnsan verilişə gedəndə sərbəst, rahat olmaq istəyir. Hər şeyin çərçivəsi olmalıdır. Ağı-qaradan ayırmaq lazımdır. Bəziləri bunu etmir. İstəyirəm ancaq yaxşı işlərlə görünüm".

Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=26890

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR