Şəhid bu gün dəfn olunacaq (VİDEO)

Şəhid bu gün dəfn olunacaq (VİDEO)
15:51 21 Fevral 2015
234 Ölkə
Ölkə mətbuatı
A- A+

Şəhid Cavadov Zəlimxan Eybalı oğlu bu gün Şamaxı rayonunun Ərəbşalbaş kəndində torpağa tapşırılacaq.

ANS TV-nin məlumatına görə, şəhidin cənazəsi artıq onun yaşadığı Ərəbşalbaşlı kəndinə gətirilib. Dəfn üçün hazırlıqlar görülür.

Şəhidi dəfn etmək üçün nəinki bu kəndin sakinləri həmçinin Şamaxının başqa kəndlərindən də çox sayda insanlar toplaşıb.

Qeyd edək ki, bu gün yayılan məlumatda düşmənin kəşfiyyat-təxribat qrupunun basqın cəhdinin qarşısı alındığı bildirilirdi.

Müdafiə Nazirliyindən ANS PRESS-ə verilən məlumata görə, ATƏT-in Minsk Qrupunun həmsədrləri regionu yenicə tərk edən kimi erməni tərəfi qoşunların təmas xəttində yenidən təxribata əl atıb.

Fevralın 21-nə keçən gecə düşmən Silahlı Qüvvələrimizin bölmələrinin mövqelərinə basqın etməyə cəhd göstərib. Şəxsi heyətin sayıqlığı nəticəsində düşmənin mövqelərimizə yaxınlaşması əvvəlcədən aşkar olunub. Şiddətli atışmada erməni tərəfi itkilər verərək geri çəkilməyə məcbur edilib.

Təəssüflər olsun ki, düşmənlə döyüşdə Silahlı Qüvvələrimizin hərbi qulluqçusu, əsgər Cavadov Zəlimxan Eybalı oğlu şəhid olub.

Müdafiə Nazirliyi bildirir ki, düşmən tərəfi daim təxribat törətməklə öz əməllərini Silahlı Qüvvələrimizin üstünə atmağa cəhd göstərir. Cəbhədə baş verən bütün təxribatlara görə Ermənistanın hərbi-siyasi rəhbərliyi məsuliyyət daşıyır. Bundan sonra tərəfimizdən görüləcək cavab tədbirləri daha sərt və qətiyyətli olacaq və şəhidlərimizin qanı yerdə qalmayacaqdır.
Müdafiə Nazirliyinin rəhbərliyi şəhidimizin yaxınlarına və əzizlərinə dərin hüznlə baş sağlığı verir və səbr diləyir!

Mənbə
ANS TV, Elgiz Nəbili



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=17&nid=327451

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR