"Demokratik prinsiplərə əsaslansalar, ADR-də təmsil olunduğuma görə məni Müsavatdan xaric etməzlər"

"Demokratik prinsiplərə əsaslansalar, ADR-də təmsil olunduğuma görə məni Müsavatdan xaric etməzlər"
15:52 21 Fevral 2015
40 Digər
Ölkə mətbuatı
A- A+

Sevinc Hüseynova: “Bu qurum Müsavata qarşı yaradılıb, partiyaya qarşı bəyanat verəcəklərsə, MNTK müvafiq qərar verəcək”
“Divanın mənə Nizamnamənin hansı maddəsinə əsasən xəbərdarlıq etdiyi rəsmən təqdim edilməmişdi. Sadəcə, Divanda mənə deyilmişdi ki, ya Müsavat Partiyasını, ya da Azərbaycan Demokratiya və Rifah Hərəkatını seçməliyəm”.
 
Bunu APA-ya açıqlamasında Müsavat Partiyasının Qadınlar Birliyinin sədri, bu gün Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının İdarə Heyətinin üzvü seçilmiş Ellada Məmmədli deyib.
 
E.Məmmədli bildirib ki, uzun illər siyasi proseslərdə iştirak etdiyi üçün Müsavat Partiyasında qalır: “Əgər həqiqətən, demokratik prinsiplərə əsaslansalar, ADR İdarə Heyətində təmsil olunduğuma görə məni Müsavat Partiyasından xaric etməzlər”.
 
Müsavat Partiyası Mərkəzi-Nəzarət Təftiş Komissiyasının (MNTK) sədri Sevinc Hüseynova isə APA-ya açıqlamasında bildirib ki, ADR ictimai hərəkat olsa da, hər kəsə məlumdur ki, Müsavat Partiyasına qarşı yaradılıb: “ADR ictimai qurum olduğu üçün MNTK-nın Nizamnamə tədbiri olmayacaq. Ancaq onlar bu Hərəkatda partiyaya qarşı bəyanat verəcəklərsə, Nizamnaməni pozacaqlar. Bu halda da MNTK müvafiq qərar verəcək”.
 
S.Hüseynova E.Məmmədlinin Divanın iclasında ona, ya Müsavat Partiyasını, ya da ADR-i seçmək barədə şərt qoyulması ilə əlaqədar söylədiklərinin yalan olduğunu vurğulayıb: “Ellada Məmmədliyə xəbərdarlığın olunduğu Divanın həmin iclasında MNTK sədri kimi mən də iştirak etmişəm. Divanın iclasında Ellada Məmmədlinin qarşısında belə bir tələb qoyulmayıb, bunu tam vicdanımla deyirəm. Ellada Məmmədli qeyri-səmimi hərəkət edərək belə bir bəyanat verib. O adam partiyada Sədrlər Şurasının toplantısına gəlmir ki, nəvəmi saxlayıram. Divanda da ondan soruşuldu ki, necə olur ki, Horadizdə ADR-in təşəbbüs qrupunun toplantısında iştirak etməyə gedirsiniz, ancaq Sədrlər Şurasının toplantısına gələ bilmirsiniz?! Ellada Məmmədli Divanın iclasından sonra belə bəyanat verməklə yaxşı hərəkət etməyib”.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/325937.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR