Gəncəyə ilk qar yağdı

Gəncəyə ilk qar yağdı
15:57 21 Fevral 2015
80 Sosial
Ölkə mətbuatı
A- A+

Bu gün, nəhayət ki, Gəncəyə ilk qar yağıb. Kəpəz Televiziyası (Region TV) xəbər verir ki, payız-qış mövsümü ilə əlaqədar olaraq, əvvəlcədən tədbirlər planı hazırlanıb. Təmizlik və Yaşıllaşdırma idarələrinin işçiləri üçün xüsusi geyimlər alınıb. Gecədən şəhərdəki ağacların qırılan budaqları təmizlənib.

50 kubmetr həcmində qum tədarük olunub, 25 tona yaxın duz ehtiyatı görülüb. Hazırda istər piyadaların, istərsə də sürücülərin gediş-gəlişi üçün heç bir problem yoxdur.

İsmayıl Daşdəmirov, Mənzil Kommunal İstehsalat Birliyinin baş mühəndisi: “Əgər şəhərimizdə bu və ya digər fövqəladə vəziyyət yaranarsa, heç bir problem olmayacaq. 30-a yaxın təmizləyici maşın ayrılıb. Qum səpən texnikamız var. İki qreyder, 3 buldozer hazır vəziyyətdədir”.

Milli.Az



Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/325938.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR